EN

"Ərazimizdən İrana qarşı əməliyyatlar üçün istifadəyə imkan verməyəcəyik" - Bayramov

Azərbaycan və İran XİN Ceyhun Bayramovla Abbas Əraqçi arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.

Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verməyəcək

Chosen
18
unikal.az

1Sources