EN

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik” - Zelenski

“Razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında paylaşım edib.
 

“Energetika həyatın əsasını təşkil edir və biz tərəfdaşlarımızın həyatı qorumağımıza kömək etmək üçün göstərdikləri səyləri yüksək qiymətləndiririk. Təşəkkürlər, Prezident Tramp!


Komandalar bu məsələni Əmirliklərdə müzakirə ediblər. Razılaşmaların icra olunacağına ümid edirik. Gərginliyin azaldılmasına yönəlmiş addımlar müharibənin başa çatmasına doğru real irəliləyişə töhfə verir”, — Ukrayna prezidenti qeyd edib.

Bizim.Media

Chosen
69
50
bizim.media

10Sources