EN

Deputat Pərvanə Vəliyeva YAP Xətai rayon təşkilatında vətəndaş qəbulu keçirib - FOTOLAR

Qəbul 29 yanvar tarixində baş tutub. Görüş zamanı 35 saylı seçki dairəsi üzrə müraciət edən 16 vətəndaşın müraciətləri dinlənilib və ərizələrinə baxılıb.

QHT.az xəbər verir ki, vətəndaşlar əsasən sosial təminat, mənzil-kommunal təsərrüfatı, abadlıq, səhiyyə və nəqliyyat sahələri ilə bağlı məsələlər qaldırıblar. Deputat Pərvanə Vəliyeva müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirib.

Qeyd olunub ki, növbəti vətəndaş qəbulu 11 fevral tarixində keçiriləcək.

Chosen
26
qht.az

1Sources