EN

Fermada keçən uşaqlıq: Cəlilabadda 4 qardaş məktəb üzü görmür - FOTO

BAKI, 29 yanvar. TELEQRAF

CƏLİLABAD, 29 yanvar. TELEQRAF

Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan Həsənovlar ailəsinin dörd övladı uzun illərdir təhsildən kənarda qalıb.

Teleqrafın Cənub bürosu xəbər verir ki, ailənin acınacaqlı maddi vəziyyəti onları illər əvvəl Masallı rayonunda fermada işləməyə məcbur edib.

Bu səbəbdən uşaqlar məktəbə həsrət qalıblar.

Hazırda ailənin övladları – 17 yaşlı Yılmaz Həsənov, 14 yaşlı Həsən Həsənov, 11 yaşlı İbrahim Abdullayev və 10 yaşlı Musa Həsənov validetnlərinə kömək edirlər.

Ailənin böyük övladları fasilələrlə bir neçə il məktəbə getsələr də, 10 yaşlı Musa heç vaxt parta arxasında əyləşməyib.

Qardaşların heç biri oxuyub-yazma bacarığına yiyələnə bilməyib.

Ailə bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir.

Chosen
11
2
teleqraf.com

3Sources