Aİ Ukrayna və Moldovaya 153 milyon avro yardım ayırır
Avropa Komissiyası, Rusiyanın enerji infrastrukturunu hədəf alan hücumları səbəbindən sərt qış şərtləri ilə üzləşən Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya ümumilikdə 153 milyon avro məbləğində təcili humanitar yardım ayrılacağını açıqladı.Avropa Komissiyası yardımla bağlı yazılı açıqlama yayıb.
Bəyanata görə, Ukraynaya təcili ehtiyaclara cavab vermək üçün 145 milyon avro, ölkədən qaçan ukraynalı qaçqınları qəbul edən Moldovada humanitar proqramlar üçün isə 8 milyon avro ayrılıb.
Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Hadja Lahbib verdiyi açıqlamada bildirib ki, "Rusiyanın tammiqyaslı işğalı beşinci ilinə qədəm qoyarkən, milyonlarla ukraynalı donma temperaturunda elektrik enerjisi və istilik sistemi olmadan qalıb, əsas yaşam vasitələrindən məhrumdur".
Lahbib bildirib ki, Ukrayna ilə həmrəyliyi sadəcə bir şüar deyil, həm də yerlərdəki ehtiyaclara əsaslanaraq etibarlı və davamlı dəstək verirlər.
2022-ci ilin fevral ayından bəri AB Komissiyası Ukrayna və Moldovada humanitar yardım proqramları üçün 1,4 milyard avrodan çox, Ukraynanın enerji təhlükəsizliyi üçün isə 3 milyard avro ayırıb.
Bundan əlavə, hücumların başlanğıcından bəri AB-nin Ukraynaya ümumi dəstəyi 193,3 milyard avroya çatıb.
aia.az
Tərcümə şöbəsi