EN

Almaniya səfiri İran XİN-əÇAĞIRILDI

İran Xarici İşlər Nazirliyi (XİN) Almaniya Kansleri Fridrix Mersin İslam Respublikasının hökuməti və Silahlı Qüvvələri barəsində verdiyi "təxribat xarakterli" bəyanatlarla əlaqədar Almaniyanın səfiri Aksel Dittmanı nazirliyə çağırıb.

Redaktor.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Yanvarın 28-də Merts Avropa İttifaqında (Aİ) hələ də İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi təsnif etməyə hazır olmayan bir və ya iki ölkənin olmasından təəssüfləndiyini bildirib və Berlinin İran hökumətinə qarşı "maksimum təzyiq" siyasətini dəstəklədiyini bəyan edib.

"Qərbi Avropa ölkələri departamentinin rəhbəri Əlirza Yusifi ilə görüş zamanı səfirə Almaniya rəsmilərinin müdaxiləçi və məsuliyyətsiz bəyanatlarına görə İslam Respublikasının qəti etirazı bildirilib", - deyə XİN-in bəyanatında qeyd olunur.

Chosen
92
3
redaktor.az

10Sources