EN

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıdı

Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil edib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının başçısı Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

"Repressiyalar cavabsız qala bilməz. Aİ-nin xarici işlər nazirləri indicə İran İnqilab Keşikçilərini terrorist təşkilat elan edərək həlledici addım atdılar. Minlərlə vətəndaşını öldürən hər bir rejim öz süqutuna çalışır", - o yazıb.

Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də milli valyutanın qəfil dəyərdən düşməsi ilə başlayıb və ölkənin ən azı 46 şəhərini əhatə edib. İnternetə çıxış və mobil əlaqə yanvarın 8-i kəsilib, bu da zorakılığın artması fonunda məlumatlara çıxışı məhdudlaşdırıb. Qeyri-rəsmi məlumatlara görə, hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar nəticəsində minlərlə insan həlak olub.

Chosen
24
16
unikal.az

10Sources