Saat 17:10 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
Metbuat.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.