EN

TƏCİLİ! İcra hakimiyyətlərində TOTAL DƏYİŞİKLİKLƏR başladı – Nələr olacaq?

Son günlər Bakı və bölgələrdə icra hakimiyyətlərində kadr islahatları aparılır. Xətai Rayon İcra Hakimiyyətində də bir sıra vəzifə dəyişiklikləri qeydə alınıb: şöbə müdirləri və sektor rəhbərləri dəyişdirilib, bəzi əməkdaşlar yeni vəzifələrə təyin olunub.

Bu cür kadr islahatları təkcə vəzifə rotasiyasından ibarət deyil, həm də ölkədə icra hakimiyyətlərinin funksional yükü və struktur məsələləri ilə bağlı müəyyən siqnallar daşıyır. Hazırda bəzi mütəxəssislər hesab edir ki, aparılan dəyişikliklər uzun müddətdir öz funksiyasını itirmiş icra hakimiyyətlərinin gələcəkdə ləğv edilməsinə hazırlıq ola bilər. Məqsəd, təkrarlanan funksiyaları aradan qaldırmaq, idarəetməni optimallaşdırmaq və səmərəliliyi artırmaqdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslının sözlərinə görə, bir icra hakimiyyətində müəyyən vəzifə dəyişiklikləri, ümumiyyətlə, ölkədə idarəetmə sistemində islahatların olduğundan xəbər verə bilməz:

“Bu, bir rayon daxilində bir icra hakimiyyəti daxilində verilən yeni qərarlardır və bunun da digər icra hakimiyyətlərinə, eləcə də dövlətin idarəetmə institutuna heç bir təsiri ola bilməz.

Cavanşir Abbaslı

Ümumiyyətlə, icra hakimiyyətləri Azərbaycanda ləğv olunmalıdır, öz funksiyasını artıq çoxdan itirib və dırnaqarası kiçik padşahlar, yəni adını öz üzərinə götürüb fəaliyyət göstərir. Onun üçün də düşünürəm ki, indi Xətai Rayon İcra Hakimiyyətində baş verən bu dəyişikliklərin səbəbi nədir, bizə məlum deyil. Amma istənilən halda, təbii ki, icra hakimiyyəti daxilində belə kiçik dəyişikliklər – bəzi şəxslər vəzifələrini itirirsə, bəziləri isə yeni vəzifələrə təyin olunursa digər icra hakimiyyətlərinə də bir mesajdır. Yəni həmin icra hakimiyyətlərində vəzifələrdə çalışan şəxslər bu qərarlardan nəticə çıxarmağa məcburdurlar. Azərbaycan deyimində, “gözü çıxmış qardaş” kimi, müəyyən dərəcədə dərs götürməkdən başqa çarə yoxdur”.

Abbaslının sözlərinə görə, bu cür dəyişikliklər təbii ki, davam etməlidir:

“Bütün icra hakimiyyətlərində bu cür struktur dəyişiklikləri baş verməlidir. Müəyyən vəzifə dəyişiklikləri olmalı, bəzi şəxslər vəzifələrini itirməli, yeniləri əlavə olunmalıdır. İstənilən yenilik inkişaf deməkdir. Onun üçün də, nə qədər tənqidi yanaşsaq da, Xətai Rayon İcra Hakimiyyətindəki bu dəyişiklik təqdirəlayiqdir. Hesab edirəm ki, bu proses davam etdirilməlidir. Digər icra hakimiyyətləri də bundan nəticə çıxarmalıdır. Amma könül çox istərdi ki, bütövlükdə ölkədə idarəetmə sistemində ciddi islahatlar aparılsın. Buna çox böyük ehtiyac var. Amma görünən odur ki, hələ ki idarəetmədə və böyük islahatların həyata keçirilməsində Azərbaycan hökuməti maraqlı deyil. Lakin dünya dəyişir, hər şey günbəgün dəyişir. Ona görə də Azərbaycan hökuməti də idarəetmədə islahatlar aparmağa məcburdur”.

Cavanşir Abbaslı qeyd edib ki, bu islahatların çərçivəsində isə icra hakimiyyətlərinin ləğvi labüd görünür:

“Hesab edirəm ki, bir neçə regional idarəetmə sistemi yaradılmalıdır. Çünki eyni vəzifə aşağı və yuxarı səviyyədə bir neçə yerdə təkrarlanır. Bu təkrarlanmalar aradan qaldırılmalıdır”.

Tunar

Chosen
10
nocomment.az

1Sources