EN

Dünya şöhrətli zəlzələ mühəndisi Mustafa Erdik AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzini ziyarət edib (FOTO)

Bakı. Trend:

Dünya şöhrətli zəlzələ mühəndisi, Boğaziçi Universitetininprofessoru, uzun illər Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaİnstitutunun direktoru olmuş, Türkiyə Cümhurbaşkanlığı nəzdindəYerli İdarəetmə və Fəlakətlər üzrə Siyasət Şurasının üzvü, zəlzələrisklərinin qiymətləndirilməsi, struktur dinamikası və erkənxəbərdarlıq sistemləri üzrə beynəlxalq ekspert, həmçinin Türkiyəninzəlzələyə davamlı tikinti normalarının hazırlanmasında aparıcı roloynamış Prof. Dr. Mustafa Erdik Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-TədqiqatMərkəzini ziyarət edib.

Ziyarət çərçivəsində qonağı AzMİu-nun prorektoru, professor AkifQasımov qəbul edib. Görüş zamanı AzMİU-nun beynəlxalq əməkdaşlıqistiqamətləri, həyata keçirilən layihələr, elmi-tədris fəaliyyətivə universitetin inkişaf perspektivləri barədə ətraflı məlumatverilib.

Ziyarət zamanı inşaat və zəlzələ mühəndisliyi sahəsində tanınmışbeynəlxalq ekspert, AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-TədqiqatMərkəzinin direktoru, eyni zamanda universitetin rektor müşaviri,zəlzələ mühəndisliyi sahəsində elmi əsaslı innovativ metodlarınmüəllifi kimi tanınan professor Azər Qasımzadə tərəfindən Mərkəzinfəaliyyəti ilə bağlı geniş təqdimat edilib. Təqdimatda Mərkəzinelmi-tədqiqat istiqamətləri, tətbiqi mühəndislik layihələri vəstrateji inkişaf hədəfləri diqqətə çatdırılıb.

Xüsusilə Mərkəzə tərəfindən yüksək mərtəbəli real bina üzərindəaparılan seysmik monitorinq və müşahidə prosesləri, bu proseslərnəticəsində əldə olunan məlumatların mühəndislik baxımından təhlilivə praktik əhəmiyyəti professor Mustafa Erdik tərəfindən yüksəkqiymətləndirilib.

Görüş zamanı Mərkəzin gələcəkdə beynəlxalq elmi layihələrə evsahibliyi etməsi, aparıcı xarici elmi-tədqiqat mərkəzləri iləəməkdaşlığın genişləndirilməsi, eləcə də zəlzələ təhlükəsizliyisahəsində birgə tədqiqat və təcrübə mübadiləsinin aparılmasıistiqamətində müvafiq qərarlar qəbul edilib.

Ziyarət AzMİU-nun zəlzələ mühəndisliyi sahəsində beynəlxalq elmiplatformada mövqeyinin möhkəmləndirilməsi baxımından mühüməhəmiyyət daşıyır.

Dünya
Dünya
Dünya
Chosen
78
1
az.trend.az

5Sources