UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ”la oyunda zədələnən Ceremi Frimponqun vəziyyəti məlum olub.
İdmanxeber.az xəbər verir ki, “Liverpul”un müdafiəçisinin ayaq əzələsində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Niderlandlı futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Frimponq mövsümün əvvəlində “Bayer”dən 40 milyon avroya transfer edilib və bu mövsüm “Liverpul”un heyətində 19 oyunda 2 qol, 1 assistlə çıxış edib.