EN

Qazaxıstanın polis əməkdaşları -32°C temperaturda Azərbaycan sürücülərinə kömək ediblər

Qazaxıstanın Akmola bölgəsində patrul polisi əməkdaşları şiddətli şaxtada çətin yol vəziyyətində qalan Azərbaycan sürücülərinə kömək ediblər.

AZƏRTAC “Polisia.kz” saytına istinadla xəbər verir ki, hadisə Kokşetau-Atbasar avtomobil yolunda baş verib. Azərbaycan vətəndaşlarının ağırtonnajlı avtomobili avtomatik transmissiyanın nasazlığı səbəbindən dayanıb. Həmin vaxt havanın temperaturu -32°C-yə çatıb.

Polis əməkdaşları kömək üçün gəlib və yük maşınını təhlükəsiz yerə çəkməyə kömək ediblər.

Sürücülər daha sonra avtomobili yenidən işə salıb yollarına davam ediblər.

3Sources