EN

Qazaxıstan yeni konstitusiya qəbul etmək istəyir

Qazaxıstan 1995-ci ildən bəri mövcud olan konstitusiyaya bir sıra düzəlişlər etmək əvəzinə, təklif olunan islahat çərçivəsində yeni konstitusiya qəbul etməlidir.

Ucnoqta.az xəbər verir ki, Qazaxıstan parlamentinin Məclisinin (aşağı palatası) sədr müavini və Konstitusiya Komissiyasının üzvü Daniya Espayeva bildirib.

Onun sözlərinə görə, komissiya əsas qanuna dəyişikliklər üçün 2000-dən çox təklif alıb. O əlavə edib ki, bu norma Hüquqi Aktlar haqqında Qanunda da mövcuddur və həmin Qanunun 26-cı maddəsində mətnin yarısından çoxuna təsir edən normativ aktda dəyişikliklər edildiyi təqdirdə yeni redaksiyanın qəbul edildiyi qeyd olunur.

Chosen
13
ucnoqta.az

1Sources