EN

Azərbaycan və Gürcüstan dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Tbilisi, 29 yanvar, AZƏRTAC

Tbilisidə səfərdə ola "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, Gürcüstan və Azərbaycan Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və əlavə yüklərin cəlb edilməsi üçün uğurla əməkdaşlıq edirlər.

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı və onun vasitəsilə yük dövriyyəsinin artırılması imkanları xüsusi vurğulanıb. Qeyd olunub ki, “Gürcüstan Dəmir Yolları” yalnız Marabda-Kartsaxi dəmir yolu xəttində yük daşımaları həyata keçirəcək.

Görüşdə Gürcüstan və Azərbaycan dəmir yolları arasında bağlanan müqavilənin ölkənin dəmir yolu infrastrukturu və regional iqtisadi əməkdaşlıq üçün vacib bir fakt olduğu, bunun rəqabət qabiliyyətini artıracağı, Gürcüstanın tranzit və logistika imkanlarını gücləndirəcəyi bildirilib.

Görüşdən sonra “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze, “BTKI Dəmir Yolları” MMC-nin baş direktorları Levan Kankava və Mikael Abasovla birlikdə müqavilə imzaladılar. Sazişə əsasən, “BTKI Dəmir Yolları” bu hissədə “Gürcüstan Dəmir Yolları” tərəfindən daşımaların həyata keçirilməsi üçün müstəsna hüquq verəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
5
30
azertag.az

10Sources