Ajans.az yerli mediaya istinadən xəbər verir kl,“Caspian Shiva” adlı toplu yük daşıyıcısı Mahaçqala dəniz limanına doğru hərəkət edərkən naməlum mənşəli çuxurla toqquşub. Hadisədən sonra gəmi quruya oturub və su almağa başlayıb. Su sürətlə mühərrik otağına və gəminin yük bölməsinə dolub. Gəmidə 10 heyət üzvü olub, xəsarət alan yoxdur. Hazırda Xəzər dənizində hava şəraiti əlverişsizdir — dalğaların hündürlüyü təxminən iki metrə çatır, buna görə xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Məlumata görə, “Rosmorport” şirkətinə məxsus bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib.