EN

146 işıq ili uzaqlıqda Yer ölçüsündə planet kəşf edildi

Bakı. Trend:

Astronomlar təxminən 146 işıq ili uzaqlıqda, Yer ölçüsündə vəMarsa bənzər şəraitə malik potensial olaraq yaşana bilən yeni birplanet kəşf ediblər.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatlara görə, "HD 137010 b" adlı namizəd planet Günəşəbənzər bir ulduzun ətrafında fırlanır və Yer kürəsindən təxminən 6faiz böyükdür.

Avstraliya, Böyük Britaniya, ABŞ və Danimarkadan olan beynəlxalqalimlər qrupu planeti NASA-nın Kepler kosmik teleskopunun K2missiyası çərçivəsində 2017-ci ildə əldə edilən məlumatlar əsasındamüəyyən edib.

Avstraliyanın Cənubi Kvinslend Universitetinin (USQ)tədqiqatçısı Dr. Çelsi Huanq bildirib ki, planetin orbital dövrüYerə bənzərdir və təxminən 355 gün çəkir.

Tədqiqatçılar planetin yerləşdiyi orbitin ulduzun “yaşayışzonasında olma ehtimalının təxminən 50 faiz” olduğunu qeydedirlər.

Tədqiqatın həmmüəllifi Huanqın sözlərinə görə, bu planetin ənmaraqlı cəhətlərindən biri onun Günəş sistemimizdən cəmi 150 işıqili uzaqlıqda yerləşməsidir.

Müqayisə üçün qeyd olunur ki, Günəşəbənzər ulduzun yaşayışzonasında yerləşən əvvəlki ən uyğun planetlərdən biri olan"Kepler-186f" bundan təxminən dörd dəfə daha uzaqdadır və 20 dəfədaha zəif görünür.

Lakin alimlər bildirirlər ki, HD 137010 b-nin fırlandığı ulduzGünəşimizdən daha soyuq və daha zəif işıqlıdır. Bu da planetin səthtemperaturunun Marsa bənzər ola biləcəyini və temperaturun-70°C-dən aşağı düşə biləcəyini göstərir.

Chosen
23
1
az.trend.az

2Sources