EN

Son dəqiqə! Moskva və Kiyev razılığa gəldi

Rusiya hərbi müxbirləri məlumat yayıb ki, Rusiya və Ukrayna enerji sahəsində atəşkəs barədə ilkin razılığa gəliblər.

Məlumata görə, bu gündən etibarən həm Ukrayna, həm də Rusiya infrastrukturuna zərbə endirmək qadağan edilib.

Rəsmi açıqlama hələlik hər iki tərəfdən verilmiş deyil.

Qabil
Qabil Hüseynli

Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, xəbər rəsmi təsdiqlənmədən mövqeyini tam dəqiqləşdirmək çətindir, lakin belə bir razılaşmanın olması qeyri-adi deyil:

“Əbu-Dabidə tərəflər arasında əvvəllər görüşlər baş tutmuşdu. Enerji sahəsi strateji sahədir və müharibənin təsiri ən çox bu sektorda özünü göstərir. ABŞ tərəflərə təzyiq göstərərək razılaşmanın əldə olunmasına təsir etmiş ola bilər.

Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsi kompromis olmadan həll olunması çətin olan bir konfliktdir. Tərəflər maksimalist mövqelərdən əl çəkməli və güzəştli həll variantlarını qəbul etməlidirlər. Əks halda ABŞ hər iki ölkəyə sərt sanksiyalar tətbiq edərək istədiklərinə nail ola bilər”.

Atilla Rzasoy

Chosen
7
nocomment.az

1Sources