EN

“Qəbələ” klubunun sabiq qapıçısı Birinci Liqada çıxış edəcək

“Qəbələ” klubunun sabiq qapıçısı Əmrah Məmmədli Birinci Liqada çıxış edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “ASTA Mingəçevir” Futbol Klubu məlumat yayıb.

“Mingəçevir” 24 yaşlı qolkiperlə anlaşdığını açıqlayıb.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı” və MOİK klublarının formasını geyinib.

İdman.Biz
Chosen
111
5
idman.biz

7Sources