Argentinanın paytaxtı Buenos-Ayresdəki kimya şirkətinin zavodunun anbarında güclü partlayış baş verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış yanğına səbəb olub. Zərbə dalğası yaxınlıqdakı evlərə ziyan vurub, damları qismən uçurub. Yanğın qonşu fabrikə də keçib.
Qeyd olunur ki, yanğının miqyası lokallaşdırılıb.