EN

Azərbaycan Kubokunun final matçının mayın 21 də keçirilməsi nəzərdə tutulub

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Futzal üzrə Azərbaycan Kubokunun final matçının mayın 21-də keçirilməsi nəzərdə tutulub.

Bu barədə SİA-ya Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov açıqlama verib.

Qurum rəsmisi turnirlə bağlı detalları açıqlayıb:

"Azərbaycan Liqalarında cəmi 16 komanda var. 6-sı yüksək, 10-u isə I Liqada çıxış edir. Azərbaycan Kubokuna da elə bu komandalarla start verəcəyik. Kənarda qalan komanda olmadı. 16 komanda mübarizəyə 1/8 finaldan başlayacaq. Hər mərhələ 1 oyundan ibarət olacaq. Mayın 21-də final matçı keçiriləcək. Son qalib PFL olduğu üçün püşkatma zamanı səbətə başçılıq edəcək".

O, bəzi komandaları yarışda ilk dəfə iştirak edəcəklərini vurğulayıb:

"Ötən il də Azərbaycan Kubokunda 16 komanda iştirak etmişdi. Sadəcə, bu il bəzi komandalar debüt edəcək. Məsələn, "Atletiko Baku" ilk dəfə qoşulacaq. "Trabzon Azərbaycan" ötən il fərqli adla oynayırdı".

Mətbuat katibi final görüşü istisna olmaqla, digər kubok matçlarının "Olimpik Star"da oynanılmasının planlaşdırıldığını da nəzərə çatdırıb:

"Böyük ehtimalla oyunların hamısı "Olimpik Star"da keçiriləcək. Çünki Bakı İdman Sarayında qrafik sıxdır. Yalnız yayımla əlaqədar final matçını Bakı İdman Sarayına salmağı düşünürük. Bu barədə qərar isə sonra veriləcək".

M.Məmmədov ölkə kubokuna fevralın 14-ü və ya 15-də start verilməsinin nəzərdə tutulduğunu söyləyib:

"Fevralın 14-ü və 15-də 1/8 final, martın 15-də 1/4 final, aprelin 18-də yarımfinal mərhələlərinin, mayın 21-də isə final matçının keçirilməsi nəzərdə tutulub. Zalların durumu ilə əlaqədar oyun tarixlərində dəyişiklik ola bilər".

Qeyd edək ki, Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 3-də keçiriləcək. Turnirdə 16 komanda mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
2
sia.az

3Sources