EN

Ticarət, vizasız səyahət və miqrasiya: Starmer Cinpin görüşünün əsas mövzuları

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə Baş naziri Kir Starmer Pekində Çin Prezidenti Si Cinpin ilə görüşərək iki ölkə arasında münasibətləri gücləndirmək məqsədilə ticari tariflər, Çinə vizasız səyahət və qeyri-qanuni miqrasiya məsələlərini müzakirə edib. 

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Starmer görüşdən sonra bildirib ki, viski tarifləri və qeyri-qanuni miqrasiya ilə bağlı əməkdaşlıqda əhəmiyyətli irəliləyiş əldə olunub, həmçinin görüşün nəticələri ölkənin milli maraqları baxımından faydalı olub.

"Bir Britaniya Baş nazirinin Çinə səfəri çox uzun müddət olmayıb və Çin qlobal səhnədə vacib oyunçudur, buna görə daha mürəkkəb və strateji münasibətlərin qurulması vacibdir", - deyə nazir qeyd edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources