EN

Məktəb direktoru şagirdi döydü – VİDEO

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin fiziki zorakılığa məruz qaldığı iddia olunur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilir ki, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudur.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Qafqazinfo-ya bildirilib ki, hazırda araşdırma aparılır: “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.

Chosen
18
9
nocomment.az

10Sources