EN

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi prosesi başlayıb

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi prosesi başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Səfərəliyev bildirib.

Qeyd edək ki, sonuncu belə mübadilə ötən ilin 20 noyabrında baş tutub. Həmin mübadilə zaman Rusiya Ukraynaya 1000 nəfərin meyitini təhvil verib, Kiyev isə 30 rusiyalı hərbçinin meyitini geri qaytarıb.

Keçən il Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbul danışıqları zamanı meyit mübadiləsi ilə bağlı razılaşmalar əldə edilib.

Chosen
21
6
apa.az

10Sources