EN

PKK liderlərindən Türkiyəyə qarşı ŞOK hədə – Hücuma hazırlaşırlar

Ərazi nəzarətinin itirilməsi və xarici dəstəyin azalması Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyində kəskin reaksiyaya səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, təşkilatın liderlərindən biri Mustafa Karasu Türkiyəyə qarşı sərt açıqlamalarla çıxış edərək Ankaranı Suriya ordusunun hərbi əməliyyatlarında iştirakda ittiham edib və gələcəkdə bunun nəticələrinin olacağı ilə hədələyib.

“Meqapolislərdə 6–7 milyon kürd yaşayır. Bu, sosial reallıqdır. Türkiyə etdiklərinə görə peşman olacaq”, – deyə Karasu bildirib.

Onun sözlərinə görə, Türkiyə guya müharibənin planlaşdırılması və idarə olunmasında iştirak edir və seçdiyi siyasət, iddiasına əsasən, gələcəkdə Ankara üçün “bahalı başa gələcək”.

Aliyə

Chosen
6
nocomment.az

1Sources