EN

Deputat: Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı genişdir » AzadMedia.az

Deputat:


Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı genişdir və bu potensialın reallaşdırılması üçün ardıcıl addımlar atılır.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bildirib. Onun sözlərinə görə, regionda mədənçilik sənayesi inkişaf edir, xarici investisiyaların cəlb olunması istiqamətində mühüm işlər görülür.

Qarabağ və Şərqi Zəngəzur əlverişli təbiəti, təmiz havası və su ehtiyatları ilə turizm üçün geniş imkanlara malikdir.

Deputat qeyd edib ki, əsas və həlledici məsələlərdən biri təhlükəsizlikdir.

“Ərazilər uzun illər xaotik şəkildə minalanıb. Turizmin tam şəkildə inkişafı üçün təhlükəsizlik təmin olunmalı, ərazilər minalardan tam təmizlənməlidir. Bu günə qədər 240 min hektara yaxın ərazi minalardan təmizlənib. Təmizləmə prosesi başa çatdıqdan sonra bu bölgələri turistlər üçün tam açıq elan etmək mümkün olacaq”, – deyə Azər Badamov vurğulayıb.

Onun sözlərinə görə, bölgədə hava limanlarının istifadəyə verilməsi də mühüm amildir. Bu infrastruktur beynəlxalq turizm bazarından pay almağa, turistlərin gediş-gəlişini daha rahat və əlverişli etməyə imkan yaradacaq.

Azər Badamov əlavə edib ki, təhlükəsizlik, infrastruktur və investisiya mühiti tam formalaşdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilə bilər.

Chosen
23
1
azadmedia.az

2Sources