EN

Özbəkistan prezidenti Türkiyəyə gəlir

BAKI,TurkicWorld, Fərid Mikayılov

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Türkiyəyə yola düşüb.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Ankarada Özbəkistan və Türkiyə liderlərinin iştirakı ilə Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının keçirilməsi planlaşdırılır.

Görüşdə ikitərəfli münasibətlərin əsas istiqamətləri, siyasi dialoq, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq gündəlikdəki məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Rəsmi səfərin proqramına, həmçinin, bir sıra humanitar və mədəni tədbirlərdə iştirak da daxildir. Bu tədbirlərin iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.

Chosen
20
turkic.world

1Sources