EN

İtaliya Türkiyə istehsalı insansız dəniz aparatı ilə maraqlanır

İtaliya Türkiyə istehsalı insansız dəniz aparatı ilə maraqlanır

HAVELSAN və “VN Maritime” şirkətlərinin əməkdaşlığı çərçivəsində qabaqcıl missiya proqram təminatları inteqrasiya edilərək tam avtonom və uzaqdan idarə edilə bilən hala gətirilmiş RAFNAR insansız dəniz aparatları (İDA) beynəlxalq arenada böyük maraq doğurur.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, İtaliya Maliyyə Polisi nümayəndə heyəti bu İDA-ları və onların imkanlarını yerində görmək məqsədilə Türkiyəyə rəsmi səfər edib.

Səfər çərçivəsində İDA uzaqdan idarə olunub və onun əməliyyat imkanları nümayiş etdirilib. Eyni zamanda, HAVELSAN-ın İDA sahəsindəki həlləri təqdim olunub.

İtaliya Maliyyə Polisi limanlarda, sahil zolaqlarında və dəniz nəqliyyatının sıx olduğu bölgələrdə fasiləsiz mövcudluq üçün daimi dəniz müşahidəsinə ehtiyac duyur.

Tam avtonom və uzaqdan idarə edilə bilən RAFNAR İDA-lar İtaliya Maliyyə Polisi üçün daha az şəxsi heyətlə daha geniş ərazilərin müşahidə olunması, orta müddətdə əməliyyat xərclərinin azaldılması, personalın təhlükəsizliyinin artırılması, dəniz təhlükəsizliyi və ekoloji məsuliyyətlərin rəqəmsal həllərlə dəstəklənməsi kimi institusional hədəflərə töhfə verə biləcək ciddi potensial təqdim edir.

Qeyd edək ki, “VN Maritime” tərəfindən istehsal edilən RAFNAR katerləri HAVELSAN-ın proqram təminatları hesabına tam avtonom və uzaqdan idarə edilə bilən xüsusiyyətlər qazanaraq insansız dəniz aparatına çevrilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1769608354

1769608353

Chosen
5
poliqon.az

1Sources