EN

"ABŞ Ukraynaya dəstək göstərmir" - Kallas

"ABŞ bir ildən çoxdur ki, Ukraynaya dəstək göstərmir". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Birliyinin diplomatiya rəhbəri Kaya Kallas deyib. 

Onun sözlərinə görə, avropalıların diqqəti məhz buna yönəlib.

"Artıq görürük ki, ABŞ bir ildən çoxdur ki, Ukraynanı dəstəkləmir; bunu edən avropalılardır" .

Kallas Ukrayna münaqişəsinin həlli məsələsində hər hansı bir razılaşmanın işləməsi üçün Avropanın iştirakının zəruri olduğu fikrini bildirib.

ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bildirib ki, ABŞ-nin Avropa müttəfiqləri müdafiə qabiliyyətlərinə kifayət qədər sərmayə qoymayıblar və Amerikanın dəstəyi olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verə bilmirlər.

Gülayə Mecid 

Chosen
36
50
unikal.az

10Sources