EN

Saxtakarlığı müəyyənləşdirmək üçün yeni vəzifə yaradıldı FOTO

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinin tərkibində büdcədən vəsaitlərinin oğurlanmasının və vergidən yayınma hallarının qarşısını almaq üçün yeni bir bölmənin yaradıldığını elan edib. Trampın qərarı ilə Kolin Makdonaldı Milli Saxtakarlıq üzrə ilk Baş Prokuror Köməkçisi vəzifəsinə namizəd göstərilib. Tramp sosial media hesabıda yazıb: "Amerika xalqını soyan saxtakarlığı müəyyən etmək və ona qarşı mübarizə aparmaq üçün Ədliyyə Nazirliyində yaratdığım yeni bir bölmə olan Kolin Makdonaldı Milli Saxtakarlıq üzrə ilk Baş Prokuror Köməkçisi vəzifəsinə namizəd göstərməkdən məmnunam”. O, administrasiyasının Minnesota və Kaliforniya kimi ştatlarda cinayətkarların vergi ödəyicilərindən yüz milyardlarla dollar oğurladığı saxtakarlıq sxemlərini aşkar etdiyini qeyd edib.

Tramp həmçinin federal prokurorluqda çalışmış Makdonaldın ABŞ-da baxılan ən mürəkkəb və vacib işlərin bəzilərində ədalətə nail olduğunu vurğulayıb.

İlham

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
sesqazeti.az

1Sources