EN

Məktəb direktorunun şagirdi döyməsi iddiaları ilə bağlı araşdırma başlandı -RƏSMİ

Bakı. Trend:

Sosial şəbəkələrdə İmişli rayonu Qoşqar Tarverdiyev adınaHacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdinin məktəbdirektoru tərəfindən bir neçə ilə əvvəl fiziki zorakılığa məruzqalmasının iddia edildiyi barədə məlumatlar bizi ciddi şəkildənarahat edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mil-Muğan RegionalTəhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, uşaqlara qarşı hər hansı zorakılıq hallarıqəbuledilməzdir və bu cür iddialar dərhal diqqət mərkəzindəsaxlanılır. Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsininəməkdaşları tərəfindən dərhal araşdırma aparılmasınabaşlanılıb:

"Təhsil müəssisələrində sağlam, təhlükəsiz və hörmətə əsaslananmühitin qorunması bizim əsas prioritetimizdir. Baş verən hadisə iləbağlı araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyintələblərinə uyğun tədbirlər görüləcək. Araşdırmanın nəticəsi barədəictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, İmişlidə məktəbdə şagirdin döyüldüyünü əks etdirənvideo-görüntülər yayılıb. Hadisə İmişli rayon Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəb baş verib. Şagird məktəbindirektoru Ruslan İbayev tərəfindən döyüldüyü bildirilir.

Chosen
14
4
az.trend.az

5Sources