Aktual.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot özünün X səhifəsində yazıb.
"Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu təşkilatlar siyahısına daxil edilməsini dəstəkləyəcək. İran xalqının dinc üsyanının dözülməz şəkildə repressiyası cavabsız qala bilməz. Onlara qarşı törədilən kor-koranə zorakılıq qarşısında göstərdikləri fövqəladə cəsarət əbəs yerə ola bilməz", - o qeyd edib.