EN

Özbaşına tikililərin sənədləşdirilməsi üzrə göstəricilər açıqlanıb

Azərbaycan Prezidentinin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib.

Herbiand.az xəbər verir ki, bunu “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətinin sədri Nigar Alimova deyib.

O bildirib ki, 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib:

“Eyni zamanda Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib”.

Qeyd edək ki, bu vaxta qədər həmin obyektlər özbaşına tikililər hesab olunub.

Chosen
75
13
herbiand.az

10Sources