Bakı.Trend:
Azərbaycan Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsiilə bağlı bəzi məsələlər haqqında” Fərmanının icrası çərçivəsindəölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təminedilib.
Trend xəbər verirki, bunu “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətininsədri Nigar Alimova deyib.
Onun sözlərinə görə, 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibiolan vətəndaşlar elektron çıxarışla təmin edilib:
"Prezidentin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərininistismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında"Fərmanının icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasınınyerləşdiyi torpaq sahəsinə dair yer quruluşu planı tərtib edilərəkaidiyyəti üzrə təqdim edilib”.
Nigar Alimova bildirib ki, 4 602 qeyri-yaşayış binası üzərindəmülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektronçıxarışla təmin edilib.
O əlavə edib ki, bu vaxta qədər həmin obyektlər özbaşınatikililər hesab olunub.