Dövlət kadastrı sahəsində torpaqların iqtisadi qiymətləndirilməsi və tədqiqat işləri üzrə rəqəmsal transformasiyaya keçid artırılır. Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
"Keçirilən islahatlar daşınmaz əmlakın qeydiyyatı və idarə olunması proseslərinin daha çevik, şəffaf və əlçatan olmasına yönəldilib. Daha şəffaf çevik işləri genişləndirilir. Bu sistemə 53 adda dövlət xidmətimizi istiqamətləndirmik.
"Hesabat dövründə 325 685 hektar ərazidə torpaqların bonitirovkası, 168 315 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi aparılıb. 9 sayda sənədin elektron aənədləşməsi prosesi həyata keçirilib"
O vurğulayıb ki, torpaq tədqiqatları üzrə isə 282 160 hektar sahədə çöl-torpaq tədqiqatı aparılıb, 458 518 hektar üzrə laboratoriya analizi icra olunub, 435 627 hektar əraziyə dair nəticə məlumatları TEKUS-ə daxil edilib.
Aytac Zeynalova