EN

Kallas Ukraynanın ciddi ərazi güzəştlərinə gedəcəyini etiraf edib

Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynanın təhlükəsizlik zəmanətləri müqabilində əhəmiyyətli ərazi güzəştlərinə gedə biləcəyini bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

"Ukraynalılar çox sərt güzəştlərə gedirlərsə, bunu Ukraynanın qalan hissəsi üçün sülh naminə edirlər",-Kallas qeyd edib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, belə bir halda Ukrayna üçün davamlı sülh təmin edilməlidir. O əlavə edib ki, ABŞ də bu məqamları nəzərə almalıdır.

İlahə Qənbərli

Missiya.Az

Chosen
15
missiya.az

1Sources