“Çox sevindiricidir. İllər boyu çox əziyyət çəkmişdik. İkinci dəfə idi ÇL-in qrup mərhələsində idik. Bu il oyunların sayını çox oldu. Sonradan işimiz elə gətirdi ki, bu gün 22-ci komanda olduq. Bu, Azərbaycan futbolu üçün böyük nailiyyətdir”.
Teleqraf xəbər verir ki, bunu “Liverpul”la oyundan sonra Bakıya qayıdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında deyib.