EN

Mübahisəli firma ABŞ Hərbi Dəniz Qüvvələrinə qırıcı layihəsi təklif edib

Futuristik layihələri ilə tanınan Stavatti Aerospace şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin 2030-cu illərdə istifadədən çıxarmağı planlaşdırdığı F/A-18E/F “Super Hornet” qırıcılarını əvəz edə biləcək gələcək döyüş təyyarəsi konsepsiyasını təqdim edib.

Herbiand.az bildirir ki, SM-39 “Razor” adını alan qırıcı 4 Macha (4900 km/saat) sürətə çata və 2.5 Macha (3062 km/saat-dan yuxarı) sürətlə səsdən sürətli uça biləcək.

SM-39 üç versiyada təklif olunacaq: tək oturacaqlı, iki oturacaqlı və tam avtonom. Hamısı həm pilotlu, həm də pilotsuz əməliyyatları dəstəkləyən modul kabinə əsasında qurulacaq.

SM-39-un təqdimatı ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasını modernləşdirmək planlarının açıqlanmasından sonra baş tutub. Hər biri 85 milyon dollara başa gələn təxminən 600 qırıcı istehsal olunacaq. Ümumi dəyəri isə təxminən 51 milyard dollara başa gələcək.

Təyyarələrin çatdırılması 2031-2037-ci illər üçün proqnozlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
3
herbiand.az

1Sources