EN

Şəmşad Ağaya anasının dəfnində iştirak etməyə icazə VERİLDİ

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya anasının dəfn və yas mərasimində iştirak etmək üçün icazə verilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı vəkil Fəxrəddin Mehdiyevin vəsatəti məhkəmə tərəfindən təmin edilib.

O, Lerikin Şilvə kəndində keçiriləcək yas mərasimində 3 gün müddətində iştirak edə biləcək.

Qeyd edək ki, Ş.Ağanın anası dünən parkinson xəstəliyindən vəfat edib.

Ötən il oktyabrın 12-si onun qardaşı qızı 18 yaşlı Səma Ağayeva da xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.

Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

Chosen
12
3
redaktor.az

10Sources