EN

"Tramp İrana daha bir zərbə endirməyi düşünür" - KİV

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi, təhlükəsizlik strukturları və nüvə obyektlərinə qarşı hava zərbələri endirmək imkanını nəzərdən keçirir. 

Missiya.Az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Hind okeanında yerləşən USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin zərbə qrupu Vaşinqtonun mümkün hərbi addımlarını gücləndirir.

Qeyd olunur ki, gərginliyin artması ABŞ və İran arasında danışıqların nəticəsiz qalması ilə əlaqədardır. "The New York Times" isə yazır ki, Tehran uranın zənginləşdirilməsinin dayandırılması və Yaxın Şərqdəki proksi qruplara dəstəyin kəsilməsi ilə bağlı ABŞ-nin tələblərini qəbul etməyib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
17
50
missiya.az

10Sources