EN

“Xalq Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Xalq Sığorta” ASC 2025-ci ili 5.99 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü ilin 4.79 milyon manatlıq nəticəsindən 1.2 milyon manat yüksəkdir. Banker.az xəbər verir ki, şirkətin bölüşdürülməmiş mənfəət də əhəmiyyətli şəkildə artaraq 498 min manatdan 5.09 milyon manata çatıb.

Sığorta Şirkətinin ümumi gəlirləri 2025-ci ildə 32.32 milyon manat təşkil edib və 2024-cü illə müqayisədə 2.42 milyon manat artıb. Əsas əməliyyat gəlirləri 25.67 milyon manatla azca yüksəlib, 655 min manatlıq artım müşahidə olunub. İnvestisiya gəlirləri isə 6.21 milyon manatdan 3.87 milyon manata düşüb, yəni 2.34 milyon manat azalıb.

Əsas əməliyyat xərcləri isə 16.79 milyon manatdan 14.7 milyon manata düşüb, işlərin aparılması xərcləri isə 8.08 milyon manatdan 10.22 milyon manata yüksəlib.

Sığorta portfelində şəxsi sığorta üzrə zərərlilik dərəcəsi 168%-dən 116%-ə enib, əmlak sığortasında isə 62%-dən 43%-ə düşüb. İcbari sığortası üzrə zərərlilik 78%-dən 83%-ə yüksəlib, digər sığorta siniflərində isə 92%-dən 101%-ə qalxıb. Ümumilikdə şirkətin zərərlilik dərəcəsi 91%-dən 84%-ə enib.

“Xalq Sığorta”nın investisiya portfeli 2025-ci ildə 64.2 milyon manat təşkil edib və 2024-cü ilin 57.93 milyon manatlıq səviyyəsindən 6.27 milyon manat artıb. Dövlət istiqrazları sabit qalıb, qeyri-dövlət istiqrazları 18.76 milyon manatdan 13.98 milyon manata düşüb. Səhmlərin həcmi 15.31 milyon manatdan 15.36 milyon manata yüksəlib. Depozitlər isə 15.5 milyon manatdan 26.5 milyon manata artaraq likvidliyi gücləndirib.

Chosen
45
banker.az

1Sources