EN

Sürücülərin NƏZƏRİNƏ - Bu yol bağlıdır

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, Bakı Şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.

Chosen
67
34
manset.az

10Sources