EN

Mertz Putinlə birbaşa danışıqlardan imtina etdi

Bakı. Trend:

Almaniya kansleri Fridrix Mertz Ukrayna münaqişəsi ilə bağlıRusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparılmasıçağırışlarını rədd edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Danışıqlar ilk növbədə Ukrayna ilə Rusiya arasındaaparılmalıdır. Biz burada vasitəçi rolunda çıxış etmirik”, – deyəMertz bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Almaniya tərəflər arasındahazırda davam edən danışıqları dəstəkləyir və onların mümkün qədərtez başa çatacağına ümid edir.

Bir gün əvvəl Almaniya Sosial-Demokrat Partiyasının (SPD)parlament fraksiyasının xarici siyasət üzrə nümayəndəsi AdisAxmetoviç kansler Fridrix Mertz ilə Rusiya prezidenti VladimirPutin arasında birbaşa danışıqların aparılmasına çağırmışdı.

Onun sözlərinə görə, hazırkı danışıqlar prosesində “cüziirəliləyiş” əldə olunub və avropalılar danışıqlar masasında təmsilolunmurlar.

Məqalədə:
Chosen
44
az.trend.az

1Sources