EN

Sərnişin təyyarəsi radarlardan itdi

Kolumbiyada millət vəkili də daxil olmaqla 15 nəfəri daşıyan sərnişin təyyarəsi radarlardan itib.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, dövlətə məxsus "Satena" aviaşirkəti üçün daxili uçuş həyata keçirən "Beechcraft 1900" sərnişin təyyarəsi ilə ölkənin şimal-şərqində uçarkən əlaqə kəsilib.

Şirkət rəhbərliyi təyyarənin tapılması üçün əməliyyat başladıldığını açıqlayıb.

"Kukuta-Okana marşrutu üzrə hərəkət edən NSE 8849 nömrəli uçuş təxminən saat 11:42-də havaya qalxıb və saat 12:05 radələrində eniş etməli idi. Təyyarə hava nəqliyyatının idarəsi ilə son əlaqəsini saat 11:54-də edib", - açıqlamada qeyd olunub.

Chosen
64
46
publika.az

10Sources