Bakıda sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır.
Onun sözlərinə görə, paytaxtda taksilərin sərnişinləri yalnız yol hərəkəti qaydalarına uyğun müəyyən edilmiş dayanacaq və məntəqələrdə mindirib-düşürməsi tələb olunur:
“Şəhərdə sərnişinlərin minib-düşməsi üçün xüsusi nöqtələr artıq müəyyənləşdirilib və bu proses mərhələli şəkildə genişləndirilir. Dayanacaq yerləri əvvəlcədən planlaşdırılıb. Ehtiyac olan ərazilərdə əlavə məntəqələr yaradılır”.
Nazir müavini vurğulayıb ki, bəzi hallarda qısa məsafənin piyada qət edilməsi daha məqsədəuyğundur:
“Əsas məsələ qaydalara əməl etməkdir. Harada dayanmağa icazə verilirsə, orada dayanmaq lazımdır. Bu həm təhlükəsizliyi, həm də şəhər nəqliyyatının axıcılığını təmin edir”.