EN

Arne Slot: ”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi  

”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi.

AZƏRTAC xəbər verir ki, bunu “Liverpul” klubunun baş məşqçisi Arne Slot “Qarabağ” komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Liverpulda “Enfild” stadionunda təşkil olunan qarşılaşma “Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Chosen
56
5
azerbaijan-news.az

5Sources