EN

BMT TŞ Yaxın Şərqdə vəziyyəti müzakirə etdi

Bakı. Trend:

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə Xüsusi koordinatorununmüavini Ramiz Ələkbərov çərşənbə günü videobağlantı vasitəsilə BMTTəhlükəsizlik Şurasında çıxış edərək Qəzzadakı mövcud vəziyyəti“Qəzza üçün potensial dönüş nöqtəsi” kimi xarakterizə edib.

Trend xəbər verir ki,Ələkbərov Qəzzada münaqişəyə son qoyulması üzrə ABŞ PrezidentiDonald Trampın 20 bənddən ibarət Kompleks Planının ikincimərhələsinin başlanmasını və Sülh Şurasının yardımçıstrukturlarının, o cümlədən Qəzzanın idarə olunması üzrə MilliKomitənin və Qəzza üzrə Ali nümayəndənin ofisinin yaradılmasınısektorda atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mühüm addımadlandırıb.

“Qəzza üçün potensial dönüş nöqtəsi yaranıb, daha yaxşı gələcəküçün real imkan mövcuddur. Lakin hələ də qeyri-müəyyənlik çoxdur”,– deyə o bildirib.

Xüsusi koordinatorun müavini bildirib ki, bu yaxınlardaQahirədən qayıdıb və orada Qəzzanın idarə olunması üzrə MilliKomitənin nümayəndələri ilə BMT-nin Təhlükəsizlik Şurasının 2803saylı qətnaməsinə uyğun olaraq əsas xidmətlərin göstərilməsinə,humanitar yardımın çatdırılmasına və bərpa işlərinə hazırlığaBMT-nin necə dəstək göstərə biləcəyini müzakirə edib.

“Birləşmiş Millətlər Təşkilatı komitəni və Qəzzada bərpa üzrəağır işə başlayan fələstinliləri dəstəkləməyə hazırdır”, – deyəƏləkbərov bildirib.

O, vurğulayıb ki, Qəzzanın demilitarizasiyası və etibarlıtəhlükəsizlik mexanizmləri Milli Komitənin fəaliyyəti üçün əsasşərtlərdir.

Qəzzadakı humanitar vəziyyəti şərh edən BMT-nin yüksək vəzifəlinümayəndəsi qeyd edib ki, əhalinin demək olar ki, hamısı hələ dəyardıma ehtiyac duyur, güclü yağışlar və soyuq hava isə adekvatyaşayış yeri olmayan təxminən 1,5 milyon məcburi köçkününvəziyyətini daha da ağırlaşdırıb.

O, bildirib ki, təhlükəsizlik şəraitinin qeyri-sabitliyi,yüklərin gətirilməsinə qoyulan məhdudiyyətlər, keçid məntəqələrindəgecikmələr və marşrutların məhdud sayı səbəbindən humanitartəşkilatlar hələ də Qəzzada zəruri miqyasda fəaliyyət göstərəbilmirlər.

Ələkbərov, həmçinin qeyd edib ki, qüvvədə olan atəşkəs rejiminəbaxmayaraq, Qəzzada hava zərbələri, atəşlər və silahlı toqquşmalardavam edir. Sektorda mülki şəxslər həlak olur.

“Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsihəlledici əhəmiyyət daşıyır və güclü kollektiv öhdəlik tələb edir.Bu, fələstinlilər və israillilər üçün daha sabit və təhlükəsizgələcəyin əsaslarını qoymaq üçün real imkandır”, – deyə xüsusikoordinatorun müavini vurğulayıb.

Chosen
15
5
az.trend.az

4Sources