EN

"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun və pley-offa adlamaqları barədə danışıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi matçda uduzsa da (0:6), turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsiqə qazanıb. 

A.Zubir görüşdən sonra UEFA-nın saytına açıqlama verib. O, komandasının uğurunu belə şərh edib:  "6-0 hesabı ilə uduzduq. Təbii ki, bu, yaxşı deyil. Amma pley-offa adladığımız üçün xoşbəxtik. "Benfika və "Ayntraxt" üzərindəki qələbələr xüsusi idi. Son dəqiqələrdə qələbə qollarımızı vurmuşduq. Fantastik hiss idi".

34 yaşlı hücumameyilli yarımmüdafiəçi pley-offdakı potensial rəqibləri PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) haqda da danışıb: "Mən fransalıyam. Ona görə də növbəti turda PSJ ilə qarşılaşmaq istərdim. Hətta onlar hazırda dünyanın ən yaxşı komandası olsalar belə. Amma "Nyukasl"la da oynaya bilərik ki. Bu da çətin olardı"

Chosen
33
50
teleqraf.com

10Sources