EN

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

BAKI, 29 yanvar. TELEQRAF

Qızılın dünya bazarlarında qiyməti növbəti dəfə tarixi maksimum həddə yüksəlib.

Teleqraf xəbər verir ki, Nyu-York Əmtəə Birjasının (Comex) məlumatlarına əsasən, fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 5 500 dollar həddini keçib.

Bakı vaxtı ilə saat 02:14-ə olan məlumata görə, qiymətli metalın qiyməti 5 405,38 dollar təşkil edib ki, bu da 5,01 faiz artım deməkdir.

Saat 02:19-da isə qızılın qiyməti artımı sürətləndirərək troy unsiyası üçün 5 521,86 dollara (+5,35 faiz) yüksəlib.

Qeyd edək ki, xəbərə Bakı vaxtı ilə saat 02:15-də yenilik edilib və qiymətli metalın dəyəri ilə bağlı göstəricilər dəqiqləşdirilib.

Chosen
33
teleqraf.com

1Sources