EN

Kevin Medina: Tarixi nəticəni əldə etdik

BAKI, 29 yanvar. TELEQRAF

"Qeydə alınan nəticə çox üzücüdür. Artıq edəcək bir şey yoxdur. Ümumi götürsək, ciddi komandalarla qarşılaşdıq, tarixi nəticəni əldə etdik".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina "Liverpul"la oyundan sonra deyib.

"Həm PSJ, həm də "Nyukasl" yüksəksəviyyəli komandalardır. Rəqiblər tam bəlli olandan sonra dəqiq fikir bildirmək olar" - Medina pley-off mərhələsindəki potensial rəüiblərdən danışarkən əlavə edib.

Chosen
42
teleqraf.com

1Sources