EN

“Tottenhem” “Ayntraxt”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində Almaniyanın “Ayntraxt” klubu İngiltərənin “Tottenhem” komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, matç Frankfurtun “Frankfurt Arena” stadionunda baş tutub və 2:0 hesabı ilə London klubunun qələbəsi ilə yekunlaşıb. Baş hakim İspaniyadan Jesus Hil Mansano olub.

Hesabı 47-ci dəqiqədə Randal Kolo Muani açıb. 77-ci dəqiqədə Dominik Solanke komandasının üstünlüyünü iki topa çatdırıb.

Bu nəticədən sonra “Ayntraxt” 4 xalla 33-cü pillədə qərarlaşıb və Çempionlar Liqasından kənar qalıb. “Tottenhem Hotspur” isə 17 xalla 4-cü pillədə qərar tutaraq 1/8 finala vəsiqə qazanıb.

Chosen
21
90deqiqe.az

1Sources